"Qarabağ" hücumçusu ilə bağlı yekun qərarını verdi

"Qarabağ" hücumçusu ilə bağlı yekun qərarını verdi

"Qarabağ"ın hücumçusu Redon Cicanın gələcək taleyinə aydınlıq gəlib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "köhlən atlar" cari mövsümün sonunda 26 yaşlı forvardla yolları ayıracaqlar.

Əsas heyətdə möhkəmlənə bilməyən albaniyalı futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam veriləcək. Artıq onun özü də bu barədə məlumatlandırılıb. Üç real təklifi olan Redon daha çox oynaya biləcəyi komandaya qoşulmaq və 2 dəfə formasını geyindiyi Albaniya millisinə yenidən dəvət almaq istəyir

Qeyd edək ki, Cicanın Ağdam təmsilçisi ilə anlaşmasının müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Cari mövsüm bütün turnirlərdə 17 matça çıxan ön xətt oyunçusu 4 qolla yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər