"Qarabağ" hamıdan güclüdü

"Qarabağ" hamıdan güclüdü
Topaz Premyer Liqasında III dövrəyə yekun vurulub. Fanat.az xəbər verir ki, 2014-cü ildə baş tutan 9 turun nəticələrinə əsasən “Qarabağ” hamıdan güclü olub. 
Ağdam təmsilçisi mümkün 27 xaldan 22-ni qazanıb. İlk “üçlük”də olan “Bakı” və “İnter” də dövrənin qalibi kimi cəmi 1 dəfə məğlub olub. Dövrəni qələbəsiz bitirən yeganə komanda isə AZAL olub.
3-cü dövrədə “Qarabağ” hamıdan çox - 19 qol vurub və ən az - 3 top buraxıb. Ümumilikdə isə “Sumqayıt” ən az top vuran komanda olub - 5 qol. AZAL isə dövrə ərzində 17 qol buraxıb.
Qeyd edək ki, əvvəlki 2 dövrənin qalibləri daha az xal toplamışdı. “Qarabağ” ilk 9 turu hamıdan çox - 18 xalla tamamlamışdısa, “Qəbələ” 2-ci dövrənin qalibi olmaq üçün 19 xal əldə etmişdi. Bu isə o deməkdi ki, 3-cü dövrənin qalibi 9 tur üçün rekord sayda xal toplayıb.

1

Qarabağ (Ağdam)

7

1

1

19 - 3  

22

2

Bakı

5

3

1

14 - 8  

18

3

İnter (Bakı)

5

3

1

14 - 10

18

4

Simurq (Zaqatala)

4

2

3

11 - 6  

14

5

Neftçi (Bakı)

4

2

3

13 - 14

14

6

Xəzər Lənkəran

3

3

3

12 - 14

12

7

Qəbələ

2

3

4

10 - 12

9

8

Rəvan (Bakı)

2

2

5

 6 - 14

8

9

Sumqayıt

1

3

5

 5 - 15

6

10

AZAL (Bakı)

0

2

7

 9 - 17

2

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər