"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir. Fanat.az xəbər verir ki, hazırlığın növbəti günündə komandanın proramında bir məşq olub.
"Qarabağ" ənənəvi olaraq səhər məşqinə yerli vaxtla 11.00-da (Bakı vaxtı ilə saat 13.00) yollanıb. Məşq 90 dəqiqə davam edib. İsinmə hərəkətlərinin ardından 4 qrupda "kvadrat" oynayan futbolçular ardınca məşqçilərin verdiyi başqa fiziki məşğələləri yerinə yetirib.
Fanat.az