Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Valletta" üzərində qələbə qazanan "Qarabağ" artıq Bakıdadı. Fanat.az xəbər verir ki, komanda gecə saat 02.00 radələrində Malta-İstanbul-Bakı reysi ilə vətənə qayıdıb.
"Qarabağ" iyulun 22-də cavab görüşünə çıxacaq. Komanda bu gündən istirahət etmədən məşqlərə başlamağı planlaşdırır. Məşq saat 19.00-da start götürəcək.
Fanat.az