"Qarabağ" gəldi, istirahətə çəkildi

"Qarabağ" gəldi, istirahətə çəkildi

"Qarabağ" artıq Bakıdadı. Fanat.az xəbər verir ki, qış fasiləsində Antalyaya təlim-məşq toplanışına yollanan komanda 21 günlük hazırlıqlarını başa vurub. 

Yanvarın 31-də Ruminiya təmsilçisi "Tarqu Mureş"lə sonuncu yoxlama oyununa çıxan "Qarabağ" dünən Antalya-İstanbul-Bakı reysiylə vətənə qayıdıb. Baş məşqçi Qurban Qurbanov bu gün futbolçulara istirahət verib. Sabahdan isə komanda Premyer Liqanın XX turunda qarşılaşacağı "Bakı" ilə oyunun hazırlıqlarına başlayacaq. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər