Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün növbəti yoxlama matçına çıxıb. Fanat.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov yetirmələrini Çexiya klubu ilə oyunda sınayıb.
Belə ki, "Qarabağ"ın rəqibi "Viktoriya" (Plzen) olub. Oyun təmsilçimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ"ın heyətində Reynaldo Leyoy Corc və Muarem Muarem fərqlənib.
"Viktoriya" klubu 1911-ci ildə yaradılıb. Komanda tarixi ərzində Çexiya çempionluğunu (2 dəfə), ölkə kubokunu (1) və Super Kubokunu (1) qazanıb. Çempionlar Liqasının qrup mərhələsində iştirak etmiş komanda 2013/14 mövsümündə Çexiya çempionatının gümüş medallarını qazanıb və Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqə əldə edib. "Viktoriya"ya Duşan Uhrin başçılıq edir.
Qeyd edək ki, "Qarabağ" bundan əvvəl 3 yoxlama oyunu keçirib. Ukrayna "Şaxtyor"una 0:2, Rusiya "Krasnodar"ına 0:1 hesabı ilə yenilən komanda Almaniyanın "Vakker Burqhauzen" klubuna qalib gəlib - 2:0.
Yoxlama oyunu
4 iyun
Qarabağ (Azərbaycan) - Viktoriya (Çexiya) 3:1
Qollar: Reynaldo, 3. Leroy Corc, 27. Murem Muarem, 71.
Fanat.az