Yığmanın oyununa görə çempionatda yaranan fasilədən yararlanan "Qarabağ" yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov yetirmələrini əvəzedici komanda ilə oyunda sınayıb.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə "Qarabağ"ın əsas komandası 7:0 hesablı qələbə qazanıb. Reynaldo Silva və İnnosent Emeqara dubl edib, Leroy Corc, İlqar Qurbanov və Cavid Tağıyev hərəyə bir dəfə fərqlənib.
Fanat.az