"Qarabağ" ev oyunlarını "Tofiq Bəhramov"da keçirəcək

"Qarabağ" ev oyunlarını "Tofiq Bəhramov"da keçirəcək

"Qarabağ" fevralın 1-dən Misli Premyer Liqasındakı oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

Fanat.Az xəbər verir ki, "Qarabağ" PFL-ə müraciət edərək, "Turan Tovuz" klubunun da ev oyununu müvəqqəti keçirəcəyi "Azərsun Arena"nın ot örtüyünün hazırda yaxşı vəziyyətdə olmaması və durumun daha da ağırlaşması hallarından qorunması məqsədilə fevralın 1-dən etibarən ev oyunlarının Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsinə şərait yaradılmasını xahiş edib.

Stadionun hazırki durumu, "Qarabağ" klubunun müraciəti və ümumi infrastruktur şəraitinin daha yaxşı saxlanılmasının önəmini rəhbər tutan PFL "Qarabağ"ın ev oyunlarının fevralın 1-nə təyin olunan "Turan Tovuz"la görüşdən etibarən növbəti bildirişə qədər Tofiq Bəhramov adına Respublika stadionunda təşkilinə qərar verib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər