"Qarabağ" Çernoqoriya çempionuna rəqib oldu

"Qarabağ" Çernoqoriya çempionuna rəqib oldu
Çempionlar Liqasının 2015/16 mövsümünün ilk püşkatma mərasimi keçirilib. Fanat.az хəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə I və II təsnifat mərhələlərinin püşkü atılıb.
I təsnifat mərhələsində iştirak edəcək 8 komanda 4 cütlük formalaşdırıb. Qaliblər II təsnifat mərhələsinə vəsiqə qazanacaq.
II təsnifat mərhələsində isə 17 cütlük mübarizə aparacaq. "Qarabağ" Çernoqoriya çempionu "Rudar"a rəqib olub. Püşkün nəticəsinə əsasən ilk oyun Bakıda keçirilməlidi.
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları 30 iyun-1 iyul və 7-8 iyul tariхlərində keçiriləcək. II təsnifat mərhələsi isə 14-15 və 21-22 iyulda baş tutacaq.
Çempionlar Liqası
I təsnifat mərhələsi
1. Linkoln (Cəbəllürariq) - Santa Koloma (Andorra)
2. Kruzaders (Şimali İrlandiya) - Levadiya (Estoniya)
3. Pünik (Ermənistan) - Folqor (San-Marino)
4. B-36 (Farer adaları) - TNS (Uels) 
II təsnifat mərhələsi
Hibernians (Malta) - Makkabi (Təl-Əviv, İsrail)
APOEL (Cənubi Kipr) - Vardar (Makedoniya)
Qarabağ (Azərbaycan) - Rudar (Çernoqoriya)
Sarayevo (Bosniya) - Lex (Polşa)
Maribor (Sloveniya) - Astana (Qazaxıstan)
BATE (Belarus) - Dandalk (İrlandiya)
HİK (Finladniya) - Ventspils (Latviya)
Midilyand (Danimarka) - Linkoln (Cəbəllürariq)//Santa Koloma (Andorra)
Molde (Norveç) - Pünik (Ermənistan)//Folqor (San Marino)
Malmö (İsveç) - Jalgiris (Litva)
Seltik (Şotlandiya) - Styarnan (İslandiya)
Trençin (Slovakiya) - Styaua (Rumıniya)
Partizan (Serbiya) - Dila (Gürcüstan)
Ludoqorets (Bolqarıstan) - Milsami (Moldova)      
Fola (Lüksemburq) - Dinamo (Xorvatiya)
Skenderbeu (Albaniya) - Kruzaders (Şimali İrlandiya)//Levadiya (Estoniya)
Torşavn (Farer adaları)//TNS (Uels) - Videoton (Macarıstan)
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər