"Qarabağ" ən yaxşımız oldu

"Qarabağ" ən yaxşımız oldu
UEFA klubların yeni reytinq siyahısını açıqlayıb. Fanat.az xəbər verir ki, Azərbaycan yeni reytinq cədvəlində yeddi klubla təmsil olunur.
Ən yüksək reytinqə malik komandamız son illərdə olduğu kimi, "Qarabağ"dı. Ağdam təmsilçisi 10.750 xalla 135-ci pillədə qərarlaşıb.
Digər klublarımızın mövqeyi isə belədi: "Neftçi" - 159-cu pillə (9,000 bal), "İnter" - 272 (4,250), "Xəzər Lənkəran" - 291 (3,750), "Qəbələ" - 335 (3,000), "Bakı" və AZAL - 356 (2,500).
Qeyd edək ki, Azərbaycan ölkələrin reytinq cədvəlində 11,250 balla 28-cidi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər