"Qarabağ" Çempionlar Liqasının sürpriz komandasıdır" - Antonio Konte

"Qarabağ" Çempionlar Liqasının sürpriz komandasıdır" - Antonio Konte

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda "Qarabağ"ı qəbul edəcək "Napoli" A seriyasının 12-ci turu çərçivəsində "Atalanta"nı 3:1 hesabı ilə məğlub edib. Hazırda 25 xalla lider mövqeyində qərarlaşan neapolluların baş məşqçisi Antonio Konte oyundan sonra keçirilən mətbuat konfransında Azərbaycan çempionu ilə duelə də toxunub.

Fanat.Az xəbər verir ki, o, belə deyib:

"Qarabağ" bu mövsüm Çempionlar Liqasının sürpriz komandasıdır. Enerjimizi bərpa edib onlarla oyuna yaxşı hazırlaşmalıyıq".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər