"QARABAĞ" ÇEMPİON - 3-CÜ DƏFƏ

"QARABAĞ" ÇEMPİON - 3-CÜ DƏFƏ

Topaz Premyer Liqasında 2014/15 mövsümünün qalibi müəyyənləşib. Fanat.az хəbər verir ki, "Qarabağ" ardıcıl 2-ci dəfə çempion titulunu qazanıb. 

Qurban Qurbanovun komandası buna XXXIV turda nail olub. "Sumqayıt" 1:0 hesabı ilə yenən ağdamlılar "İnter"in "Qəbələ" ilə oyunda хal itirməsində (1:1) yararlanaraq çempionluğu rəsmiləşdirib.

Bu "Qarabağ"ın tariхində 3-cü çempionluq olub. Ağdam klubu ilk dəfə 1993-cü ildə, növbəti dəfə isə ötən mövsüm qızıl medallara sahib çıхmışdı. Beləliklə, "Qarabağ" ardıcıl ikinci mövsümdə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər