"Qarabağ" əks-hücumlarda təhlükəlidi"

"Qarabağ" əks-hücumlarda təhlükəlidi"
"Biz sabah matçın taleyini həll etmək gücündə olduğumuza əmin olmalıyıq. Stadionun tam dolacağına ümid edirik. Azarkeşlərimiz bizi yalnız qoymamalıdı". Fanat.az xəbər verir ki, bu sözləri "Tvente"nin baş məşqçisi Alfred Şreyder deyib.
"Qarabağ" sabah Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Tvente"nin qonağı olacaq. Rəqibin baş məşqçisi bu gün mətbuat konfransı keçirərək fikirlərini bildirib: "Bu oyun komandamızın özünü göstərməsi üçün vacibdi. Futbolçularımız Avropa turnirlərində təcrübə toplaya bilər". 
Şreyder "Qarabağ"ı tərifləyib: "Qarabağ" yaxşı komandadı. Onlar əks-hücumlarda təhlükəli olurlar. Amma biz öz oyunumuzu düşünməliyik. Qələbə qazanmaq üçün bütün gücümüzü meydanda qoymalıyıq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər