"Qarabağ" dünya reytinqində 9 pillə irililədi

"Qarabağ" dünya reytinqində 9 pillə irililədi

"Qarabağ" dünya reytinqində 9 pillə irəliləyib.

Fanat.Az xəbər verir ki, Ağdam klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda 69-cu sıradan 60-a yüksəlib. 

Azərbaycan çempionunun 200 reytinq xalı var. 

Sıralamada digər Azərbaycan klublarından "Sabah", "Zirə" və "Araz-Naxçıvan" da yer alıb. "Bayquşlar" (96) 224-cü pillədən 211-ə irəliləyib. "Zirə" 63 xalla 418-ə enib. "Araz-Naxçıvan" (9 xal) isə 456-dan 468-ci sıraya geriləyib.

Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 595 xalla liderdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər