Sabah Avstriyada Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununa çıxacaq “Qarabağ” rəqib meydanında dəstəksiz qalmayacaq. Fanat.az-a Ağdam təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, təmsilçimizi 300-dən artıq tərəfdarın uğura səsləyəcəyi gözlənilir.
SOCAR-ın Avstriya nümayəndəliyinin əməkdaşları və onların yaxınları 250 nəfərlik qrupu şəklində stadiona gələcəksə, “İmarət” fanklubunun Avropa filialının üzvləri də İsveç, Almaniya və digər ölkələrdən Zalsburqa yollanacaq. Matça canlı baxmağı planlaşdıran bütün azərbaycanlı azarkeşlər "Qarabağ" tərəfindən biletlə təmin ediləcək.
Fanat.az