Premyer Liqanın 2013/14 mövsümündə qeydə alınan böyükhesablı qələbələrin sayı müəyyənləşib. Fanat.az-ın araşdırmalarına görə, 25 turda komandalar 3 və daha artıq qolla 20 oyunda qalib gəlib.
"Qarabağ" zirvədə
Rəqiblərini ən çox darmadağına məruz qoyan komanda "Qarabağ"dı. Premyer Liqanın lideri 6 oyunda böyük hesala qələbə qazanıb. Ağdam klubu 3 dəfə 3:0-la, bir dəfə isə 4:0, 4:1 və 5:1 hesabı ilə qalib gəlib.
"Qarabağ"ı "Bakı" izləyir. Paytaxtın eyniadlı təmsilçisi 5 dəfə rəqiblərinə "toy tutub". Bir dəfə 5:0 və 5:1 hesablı qələbələrə sevinən "Bakı" 3 halda meydanı 3:0-la tərk edib.
"Neftçi" və "Simurq" 3, "Qəbələ" 2, "İnter" isə 1 dəfə darmadağına sevinib. "Xəzər Lənkəran", AZAL, "Rəvan" və "Sumqayıt" böyük hesablı qələbə qazanmayıb.
Qarabağ (6): 5:1, 3:0, 3:0, 3:0, 4:1, 4:0.
Bakı (5): 5:0, 3:0, 3:0, 3:0, 5:1.
Neftçi (3): 4:1, 4:1, 3:0.
Simurq (3): 3:0, 3:0, 4:0.
Qəbələ (2): 3:0, 3:0.
İnter (1): 5:1.
"Rəvan" hamıdan çox...
Ən çox darmadağına məruz qalan komanda "Rəvan"dı. Bakı klubu 5 oyunda meydanı böyük hesablı yenilgi ilə tərk edib. 2 dəfə 1:5-ə üzülən "sarı-qırmızılılar", bir halda 0:5, 2 halda 0:3 hesabı ilə uduzub.
Hazırda turnir cədvəlinin son pilləsində qərarlaşan "Sumqayıt" 4 dəfə darmadağın görüb. Aqil Məmmədovun yetirmələri bir dəfə 1:5 və 0:4, 2 dəfə 0:3-ə üzülüb.
"Xəzər Lənkəran" 3, AZAL, "Simurq", "Neftçi" və "Bakı" 2 darmadağın görüb. "Qarabağ", "Qəbələ" və "İnter" böyükhesabla yenilməyib.
Rəvan (5): 0:5, 1:5, 0:3, 0:3, 1:5.
Sumqayıt (4): 1:5, 0:3, 0:3, 0:4.
Xəzər Lənkəran (3): 0:3, 1:4, 0:3.
AZAL (2): 1:4, 0:3.
Simurq (2): 0:3, 0:3.
Neftçi (2): 0:3, 1:4.
Bakı (2): 0:3, 0:4.
"Sumqayıt", "Rəvan" və "Bakı" üçün eyni sonluq
"Qarabağ" mövsüm ərzində iki, "Bakı" isə bir rəqibini mövsüm ərzində iki dəfə ağır məğlubiyyətə uğradıb. Belə ki, Ağdam klubu "Sumqayıt" üzərində 5:1 və 3:0, "Bakı" üzərində 3:0 və 4:0 hesablı qələbələri qazanıb. "Bakı" özü isə "Rəvan"ı iki dəfə darmadağın edib. İlk oyunda 5:0 hesablı qələbə qazanan paytaxtın eyniadlı təmsilçisi ikincidə 5:1-ə sevinib.
Fanat.az