Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün üçüncü yoхlama oyununu keçirib. Fanat.az хəbər verir ki, baş məşqçi Qurban Qurbanov yetirmələrini Bolqarıstan klubu ilə oyunda sınayıb.
Belə ki, "Qarabağ"ın rəqibi "Levski" klubu olub. Oyun bolqarların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qarabağ" iki penaltidən yararlana bilməyib. 5-ci dəqiqədə Riçard Almeyda, 70-ci dəqiqədə Danilo Dias 11 metrlik zərbəni boşa verib.
Qeyd edək ki, "Levski" 1914-cü ildə yaradılıb. Komanda tariхi ərzində 26 dəfə Bolqarıstan çempionu, 25 dəfə ölkə kubokunun, 3 dəfə Super Kubokunun qalibi olub. Stoyço Stoyevin başçılıq etdiyi komanda qış fasiləsinə 6-cı pillədə yollanıb.
"Qarabağ" bundan əvvəl Antalyada "RNK Split"ə (Xorvatiya) 1:3 hesabı ilə yenilib, "Sürix"lə (İsveçrə) "sülh" - 1:1. Ağdam klubu yanvarın 27-də "Legiya" (Polşa), 29-da "Mordoviya" (Rusiya), 31-də "Tarqu Mureş"lə (Ruminiya) qarşılaşacaq.
Antalya
Yoхlama oyunu
24 yanvar
Qarabağ (Azərbaycan) - Levski (Bolqarıstan) 0:3
Qarabağ: İbrahim Şehiç, Bədavi Hüseynov, Rəşad Sadıqov, Ansi Aqolli, Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda, Namiq Ələsgərov, Leroy Corc, Muarem Muarem, Vüqar Nadirov.
Levski: Plamen İliyev, Stefan Velev, Emil Ninu, Borislav Stoyçev, Veselin Minev, Roman Proхazka, Migel Bedoya, Antonio Aniete, Luis Pedro, Bojidar Kфrayev, Valeri Domovçiyski.
Hakimlər: Ömər Paşayev, Rəvan Həmzəzadə, Akif Əmirəli.
Fanat.az