"Qarabağ" daha bir müqavilə bağlayır

"Qarabağ" daha bir müqavilə bağlayır
Qara Qarayev və Hacı Əhmədovla müqavilənin müddətini artıran "Qarabağ" daha bir futbolçusu ilə danışıqlara başlayıb. Fanat.az xəbər verir ki, Ağdam klubu Vüqar Nadirovu heyətində saxlamağa çalışır. 
Artıq Vüqara yeni müqavilə təklif olunub. 26 yaşlı hücumçunun yaxın günlərdə anlaşmanı imzalaması gözlənilir. 
Qeyd edək ki, Vüqar cari mövsümdə "Qarabağ"ın heyətində Premyer Liqada 25, Azərbaycan Kubokunda 3, Avropa Liqasında 6 oyun keçirib. Forvard çempionatda 5 qola imza ataraq komandasının uğurunda pay sahiblərindən biri olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər