"Qarabağ" daha bir legionerini itirdi

"Qarabağ" daha bir legionerini itirdi

"Qarabağ" daha bir legionerini itirib. Fanat.az хəbər verir ki, baş məşqçi Qurban Qurbanov Leroy Corcun хidmətindən məhrum olub.

Belə ki, hollandiyalı oyunçu sarı vərəqə limitini doldurub. "Neftçi" ilə oyunun 90+1-ci dəqiqəsində hakimin icazəsi olmadan meydançaya daxil olduğu üçün sarı vərəqə alan Leroy cəzalı duruma düşüb. Bu səbəbdən o, XXIV turda "Qəbələ"yə qarşı oynamayacaq.

Qeyd edək ki, Leroy bundan əvvəl AZAL, "Bakı" və "İnter"lə oyunlarda sarı vərəqə almışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər