"Qarabağ" daha bir itki ilə üzləşib. Fanat.az xəbər verir ki, Ağdam klubunun gənc üzvü Cavid Tağıyev zədələnib.
"Sent-Etyen"lə oyundan öncəki məşqdə zədələnən futbolçunun ən azı 2 həftə yaşıl meydançalardan uzaq qalacağı deyilir. Bu isə o deməkdi ki, Cavid "Simurq"la oyunu buraxacaq.
Qeyd edək ki, "Qarabağ"da bundan əvvəl Çumbinyo, Reynaldo Silva və Danilo Dias zədələnmişdi.
Fanat.az