Bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” Ukrayna "Dnepr"inin qonağı olacaq. Fanat.az futbolinfo.az xəbər verir ki, qarşılaşma öncəsi Ağdam klubunda ciddi itki baş verib.
Azərbaycan çempionunun bu matç öncəsi Bakıdakı son məşqində Leroy Corc komanda yoldaşı İbrahim Şehiçlə toqquşmuşdu. Bundan sonra həkim nəzarətinə götürülən futbolçu bərpa oluna bilməyib.
Hollandiyalı yarımmüdafiəçinin axşamkı qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşib.
Fanat.az