"Qarabağ" çexlərə tapşırıldı

"Qarabağ" çexlərə tapşırıldı
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Dnepr” -  “Qarabağ” matçına təyinatlar açıqlanıb. Fanat.az xəbər verir ki, 3-cü tur çərçivəsində baş tutacaq görüşü çexiyalı ədalət təmsilçisləri idarə edəcək.
Matçın baş hakimi Libor Kovarjik olacaq. Ona Kristof Mençl və Yan Patak yardım edəcək. Əlavə köməkçi hakimlər: Radek Prjiqoda və Yan İlek, dördüncü hakim Petr Blajek olacaq. UEFA nümayəndəsi funksiyasını bolqar Stefan Ormanciyev yerinə yetirəcək.
Qeyd edək ki, “Dnepr” - “Qarabağ” qarşılaşması oktyabrın 23-də Bakı vaxtı ilə saat 00.05-də Kiyevin Olimpiya stadionunda keçiriləcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər