"Qarabağ": çempionluqdan sonra ilk məşq

"Qarabağ": çempionluqdan sonra ilk məşq

Azərbaycan Premyer Liqasında çempionluğu rəsmiləşdirən "Qarabağ" məşqlərə başlayıb. Fanat.az klubun saytına istinadən xəbər verir ki, "Sumqayıt"la mayın 16-i keçirilən matçdan sonra bir günlük fasilə verən Ağdam klubu bu gün bir məşqlə kifayətlənib.

Qurban Qurbanovun komandası "Qarabağ"ın bazasındakı ehtiyat meydançada çalışıb. Komanda fiziki hazırlıqların ardından iki qrupa bölünərək Qurban Qurbanovun tapşırıqlarını futbol oynayaraq həyata keçiriblər.

Qeyd edək ki, "Qarabağ" Premyer Liqada son oyununu mayın 22-i "İnter"ə qarşı keçirəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər