"Qarabağ" CAR-lı forvard xəbərini təsdiqlədi

"Qarabağ" CAR-lı forvard xəbərini təsdiqlədi

"Qarabağ"ın Cənubi Afrika Respublikasından olan Dino Ndlovu almaq istədiyini xarici KİV-ə istinadən xəbər vermişdik. Fanat.az xəbər verir ki, qaynarinfo.az bunu dəqiqləşdirmək üçün "Qarabağ" tərəfinin də mövqeyini öyrənib.

Klubun icraçı direktoru Əmrah Çəlikəl bu futbolçu ilə maraqlandıqlarını təsdiqləyib: "Bu futbolçu almaq istədiyimiz oyunçular arasında var. Bəli, xarici mətbuatda yazıldığı kimi, biz Cənubi Kiprin "Anortosis" klubuna bu futbolçunun transferi üçün müraciət etmişik. Lakin hələ qarşı tərəfdən bizə cavab gəlməyib. Bu cavabı gözləyirik. Bununla belə, qeyd etməliyəm ki, tək bu oyunçu ilə maraqlanmırıq. Bizim transfer siyahımızda başqa oyunçular da var. Biz də istəyirik ki, avrokuboklarda növbəti mərhələyə kimi hücumçu transferini başa vuraq və həmin oyunçunun adını UEFA-da sifariş ərizəsinə daxil edək".

Qeyd edək ki, "Qarabağ" sabah Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Çexiya çempionu "Viktoriya" ilə qarşılaşacaq. Bakıda keçiriləcək bu matç saat 20.30-da başlayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər