"Qarabağ" bu tarixdə başlayacaq

"Qarabağ" bu tarixdə başlayacaq

Misli Premyer Liqasının 5-ci turunda "Zirə" ilə oyundan (3:1) sonra komandanı istirahətə buraxan Qurban Qurbanovun futbolçuları bir araya gətirəcəyi tarix bəllidir.

Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, "köhlən atlar" sentyabrın 6-dan məşqlərə başlayacaq:

"Milli komandalara çağırılan futbolçular heyətdə olmasa da, komanda adi qaydada məşqlərini davam etdirəcək". 

Xatırladaq ki, Misli Premyer Liqasında çıxdığı 4 oyuna 9 xal toplayan "Qarabağ" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər