"Qarabağ" bu qrupun əsas favoritlərindən biridi"

"Qarabağ" bu qrupun əsas favoritlərindən biridi"
"Oyunumuzdan razı qaldım. Demək olar ki, səhv etmədik. Hücumlar qurduq, bir neçə dəfə rəqibi ofsayda saldıq". Fanat .az xəbər verir ki, bu sözləri "Qarabağ"la oyundan sonra Fransanın "Sent-Etyen" klubunun baş məşqçisi Kristof Qaltye deyib.
Avropa Liqasının oyunundan sonra danışan rəqib çalışdırıcı "Qarabağ"ın onlara problem yaratdığını bildirib: "Hücumlarımızın kəsərli olmamsından narahat deyiləm. Oyun çox çətin idi. Ona görə də müdafiəyə daha çox fikir verirdik". 
Qaltye "Qarabağ"ı qrupun favoritlərindən adlandırıb: "Fransada "Qarabağ"ın oyunlarını izləmişdik. Bu oyunlara baxandan sonra "Qarabağ"a hörmətimiz artmışdı. Azarkeşlərdə "Qarabağ"ın elə də güclü komanda olmadığı barədə təəssürat yarana bilər. Amma bu oyundan sonra rəqibə hörmətim daha da artdı. Bizim bu oyunda qol buraxmamağımız böyük uğurdu. Bu oyundan sonra "Qarabağ"a qarşı fikrim yaxşı mənada dəyişdi. "İnter" qrupun favoritidi. Qurban Qurbanovun taktiki dəyişiklərindən sonra başa düşdüm ki, "Qarabağ" da bu qrupun əsas favoritlərindən biridi. Rəqibin heyətində Azərbaycan yığmasının çoxlu futbolçusu var. Hamınıza sağ ol, "Qarabağ"a isə "bravo" deyirəm".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər