"Qarabağ" bir futbolçusu ilə yollarını ayırıb. Fanat.az xəbər verir ki, Murad Səttarlı Ağdam klubu ilə vidalaşıb.
Artıq Muradın çıxış edəcəyi klub da bəllidi. Gənc hücumçu karyerasını ötən mövsüm icarə əsasında çıxış etdiyi "Simurq"da davam etdirəcək. Zaqatala klubundan verilən məlumata görə, futbolçu yaxın günlərdə rəsmi müqaviləni imzalayacaq.
Qeyd edək ki, Murad ötən mövsüm "Simurq"da icarə əsasında çıxış edib və 33 oyunda 2 qol vurub. Yayda "Qarabağ"a dönən hücumçu 4 Avropa Liqası oyununda 25 dəqiqə oynamaq şansı qazansa da, Premyer Liqada meydana çıxmayıb. Ağdam klubu Səttarlını 2011-ci ildə MOİK-ə (2 oyun), 2011/12 mövsümündə "Sumqayıt"a (13 oyun, 1 qol) icarəyə verib.
Onu da qeyd edək ki, "Qarabağ" bundan əvvəl Miro Varvodiç və Kamil Hüseynovun müqaviləsini pozub.
Fanat.az