"Qarabağ" uzun müddətdə heyətinə qatmaq istədiyi Danilo Diasla razılıq əldə edib. Fanat.az xəbər verir ki, braziliyalı forvard Bakıya gəlib.
Dias tibii müayinədən keçəcək. Heç bir problem olmasa, onunla 2 illik müqavilə bağlanacaq.
"Qarabağ" Danilo ilə qışda danışıqlar aparmış və razılıq əldə etmişdi. Lakin "Maritimo" çox pul istədiyindən transfer baş tutmamışdı.
Qeyd edək ki, Dias 1985-ci ilin 6 noyabrında Braziliyanın Cerser şəhərində dünyaya gəlib. Karyerası ərzində vətənində "Qoias", "Bandeyrante", "Qama", "Atletiko Qoyanyense", "Qoyanya", "Noroeste", "İpatinqa" və "Uberaba" klublarında çıxış edən 28 yaşlı hücumçu 2010-cu ildə "Maritimo"ya transfer olunub. 4 il ərzində o, bu klubda 134 oyun keçirib və 17 qol vurub. Braziliyalı bu mövsüm Portuqaliya klubunun A komandasında 28 oyun keçirib və 1 qol vurub. O, əvəzedici heyətdə də 2 oyuna çıxıb.
Fanat.az