Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a rəqib olan Maltanın "Valletta" klubunun baş məşqçisi Qilbert Aqius püşkü dəyərləndirib. Fanat.az xəbər verir ki, 40 yaşlı mütəxəssis "Qarabağ"ın onlar üçün çətin rəqib olduğunu bildirib:
"Qarabağ" bizim üçün çətin rəqibdi. Azərbaycan futbolunu izləyirdim. Çünki bütün potensial rəqiblərimiz haqda ümumi məlumat toplamaq bir məşqçi kimi mənim borcumdu. Azərbaycanda futbol sürətlə inkişaf edir və bu sahəyə böyük investisiya qoyulur".
Fanat.az