Premyer Liqanın XXIX turunda AZAL-ın qonağı olan "Qarabağ"ın bir seriyası qırılıb. Fanat.az xəbər verir ki, meydandan 2:0 hesablı qələbə ilə ayrılan Ağdam klubunun darmadağın seriyasına son qoyulub.
Belə ki, "Qarabağ" bundan əvvəl ardıcıl 5 oyunda böyükhesablı qələbəyə sevinmişdi. “Neftçi” (4:1), “Bakı” (4:0), “İnter” (3:0), “Sumqayıt” (3:0) və “Qəbələ”ni (3:0) məğlub edən ağdamlılar mövsümdə ardıcıl 5 rəqiblərini darmadağın etmişdi.
Əvəzində "Qarabağ"ın iki seriyası davam edir. Sonuncu dəfə XXIII turun "Simurq"la oyununda xal itirən (0:0) komanda ardıcıl 6 oyunda meydanı 3 xalla tərk edərək mövsümün ən uzun qələbə seriyasını davam etdirib.
Bundan başqa "Qarabağ" 10 oyundu məğlubiyyət acısı yaşamır. Sonuncu dəfə XXIX turda "Xəzər Lənkəran"a uduzan Qurban Qurbanovun yetirmələri son 10 matçda 9 qələləbə qazanıb və 1 heç-heçə edib.
Fanat.az