Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" bu gün növbəti yoxlama oyunlarını keçirib. Fanat.az xəbər verir ki, Qurban Qurbanov yetirmələrini iki oyunda sınayıb.
"Qarabağ" əvvəlcə Avstriyanın “Admira Vakker” klubu ilə qarşılaşıb. 7 qolun vurulduğu oyunda Avstriya klubu qalib gəlib - 4:3.
“Admira Vakker” klubu 1905-ci ildə yaradılıb. 111 yaşlı klub tarixi ərzində 9 dəfə Avstriya çeppionu, 6 dəfə ölkə kubokunun, 1 dəfə Super Kubokunun qalibi olub. "Qarabağ"ın rəqibi cari mövsümdə Avstriya Bundesliqasında 20 oyun keçirib və 25 xalla qış fasiləsinə 5-ci pillədə yollanıb.
Günün ikinci oyununda isə rəqib Polşa “Yaqelloniya”sı olub. Oyunda 1 qol vurulub və "Qarabağ" uduzub - 0:1.
"Yaqelloniya" klubu 1920-ci ildə yaradılıb. 95 yaşlı klub ötən mövsüm Polşa çempionatının bürünc medallarını qazanıb. "Qarabağ"ın rəqibi 2010-cu ildə Polşa Kubokunun və Super Kubokunun qalibi olub. "Yaqelloniya" cari mövsümün 21 turunda 25 xal qazanıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, bundan əvvəl Antalyada iki oyun keçirən "Qarabağ" Almaniyanın "Rot-Veyss Essen" klubunu 1:0, Macarıstanın "Diosqyori" komandasını 4:0 hesabı ilə yenib.
Antalya
Yoxlama oyunları
23 yanvar
Qarabağ (Azərbaycan) - Admira Vakker (Avstriya) 3:4
Qollar: Cavid Tağıyev, 14. Elvin Məmmədov, 54 . Q.Qarayev, 88.
Qarabağ: Fərhad Vəliyev, Elvin Yunuszadə, Elgün Uluxanov, Namiq Yusifov, İlqar Qurbanov, Əfran İsmayilov, Migel Markos, Mahir Mədətov, Əlhərbi Jadeyui, Elvin Məmmədov, Cavid Tağıyev.
Qarabağ (Azərbaycan) - Yaqelloniya (Polşa) 0:1
Qarabağ: İbrahim Şehiç, Bədavi Hüseynov, Ansi Aqolli, Maksim Medvedev, Rəşad Sadı1ov, Coşqun Diniyev, Rahid Əmirquliyev, Mahir Mədətov, Dani Kintana, Muarem Muarem, Riçard Almeyda.
Fanat.az