"Qarabağ" Bikalyo ilə bağlı yekun qərarını verdi

"Qarabağ" Bikalyo ilə bağlı yekun qərarını verdi

"Qarabağ" "Botafoqo"nun Pedro Bikalyo üçün göndərdiyi ikinci təklifi də geri çevirib.

Fanat.Az-ın məlumatına görə, Braziliya təmsilçisi Ağdam klubunun qapısını yaxşılaşdırılmış şərtlərlə döysə də, "yox" cavabı alıb.

"Köhlənlər"in rəhbərliyi 23 yaşlı Bikalyonun ən azı yaya qədər heyətdə qalmasını vacib sayır.

Xatırladaq ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində 6 tura 7 xal toplayıb. Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində pley-offa yüksəlmək şansını qoruyur. Təmsilçimiz yanvarın 21-də evdə "Ayntraxt"la, 28-də isə "Enfild"də "Liverpul"la qarşılaşacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər