Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” hazırlıqlara start verib. Fanat.az xəbər verir ki, bu gün 16.30-da Suraxanı qəsəbə stadionunda bir araya gələn komandanın məşqində braziliyalılar iştirak etməyib.
Reynaldo, Çumbinyo və Riçard Almeyda bu gün düşərgəyə gəlməli olsalar da, rəhbərliklə əlaqə saxlayaraq, daha 4 gün möhlət istəyib. Maraqlıdı ki, cənubi amerikalılar hələ mövsüm yekunlaşmamış okeanın o tayına yollanmışdı.
Fanat.az