"Qarabağ" Bakını tərk edir - 1 həftəlik

"Qarabağ" Bakını tərk edir - 1 həftəlik

"Qarabağ" bu gün Bakını tərk edir. Fanat.az xəbər verir ki, Premyer Liqanın XXX turunda "Simurq"un qonağı olacaq komanda Zaqatalaya yollanacaq. 

Aprelin 17-sində baş tutacaq qarşılaşmadan sonra komanda yenə də ölkənin şimalında qalacaq. Belə ki, "Qarabağ" aprelin 21-də yenə də "Simurq"la - bu dəfə kubokunun yarımfinalda üz-üzə gəlməli olacaq. 

Bakıya qayıtmayacaq "Qarabağ" kubok qarşılaşmasına da orda hazırlaşacaq. Yarımfinal qarşılaşmasından sonra paytaxta dönməsi nəzərədə tutulan komanda bir həftə Bakıdan kənarda qalacaq. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər