"Qarabağ" hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, Çempionlar Liqasının təsnifat mərhələsininin oyunlarına hazırlaşan komanda günü tək məşqlə başa vurub.
"Qarabağ" saat 11.00-da Tofiq Bəhramov adına Respublika stadionunda yeganə məşqinə çıxıb. Komandanın məşqi 90 dəqiqə davam edib. Müəyyən isinmə hərəkətlərinin ardından 2 qrupa bölünən komandamız 2 tərəfli oyun keçirib. Komandamızın məşqində sadəcə Rəşad Sadıqov iştirak etməyib. Kapitanın müalicəsi hələ də davam etməkdədi.
Sabah "Qaraöabğ" hazırlığın Bakı mərhələsini başa vuracaq. Səhər çalışmasından sonra otelə yığışacaq komanda ertəsi gün təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq.
Fanat.az