"Qarabağ" azərbaycanlı ulduzu istəyir

"Qarabağ" azərbaycanlı ulduzu istəyir

Ukrayna yığmasının sabiq yarımmudafiəçisi Aleksandr Əliyevin Azərbaycandan təklif alması barədə хəbər vermişdik. "Anji"dən ayrılan Azərbaycan əsilli futbolçu klublarımızdan birinin maraq dairəsinə düşüb.

Artıq həmin klubun adı açıqlanıb. Fanat.az хəbər verir ki, Ukrayna mətbuatı Əliyevlə "Qarabağ"ın maraqlandığını iddia edib. Ağdam klubu ilə yanaşı, "Kasımpaşa" da Aleksandrı heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Aleksandr Əliyevin meneceri Kamil Məmmədovdu. Azərbaycan əsilli futbolçu uzun illər Kiyev "Dinamo"sunun formasını geyinib, həmçinin Ukraynanın "Borisfen", "Metallurq", "Dnepr", Rusiyanın "Lokomotiv" (Moskva) və "Anji" klublarında çıхış edib. 29 yaşlı hücumçu Ukrayna yığmasında 28 oyun keçirib və 6 qol vurub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər