"Qarabağ" bu gündən etibarən 2016/17 mövsümün hazırlıqlarına start verir. Fanat.az xəbər verir ki, komandanln heyəti günorta saatlarında Bakı-İstanbul-Münhen reysi ilə Avstriyaya yola düşüb.
Axşam saatlarında komandanın qalacağı otelə çatacağı gözlənilir. "Qarabağ" son iki ildə olduğu kimi Almaniya-Avstriya sərhədində yerləşən Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşacaq.
"Qarabağ" Avstriyada təlim-məşq toplanışı müddətində 4 yoxlama oyunu keçirəcək. Yoxlama oyunlarından ikisinin keçirilmə tarixi məlumdu. Komanda iyunun 25-də yerli "Vakker" klubu və iyunun 28-də dördqat Rusiya çempionu "Zenit"lə qarşılaşacaq.
Fanat.az