"Qarabağ" azarkeşlərinə müraciət etdi

"Qarabağ" azarkeşlərinə müraciət etdi
"Qarabağ" azarkeşlərinə müraciət edib. Fanat.az müraciəti olduğu kimi təqdim edir: 
"Məlum olduğu kimi noyabrın 6-sında Avropa Liqasının IV turu çərçivəsində "Qarabağ" - "Dnepr" oyunu keçiriləcək. Adıçəkilən yarışda uğurla çıxış edən komandamız hazırda turnir cədvəlində 2-ci sırada qərarlaşıb. Bütün Azərbaycanın qüruru olan "Qarabağ"ımızın avrokubok oyunlarına hədsiz marağın olması bəzi xoşagəlməz halların müşahidə olunmasına səbəb olub. Xüsusilə, qeyri-qanuni bilet alveri, saxta bilet satışının ehtimalını nəzərə alaraq "Qarabağ" xüsusi tədbirlər həyata keçirməyi planlaşdırır.
Belə ki, "Qarabağ" - "Dnepr" biletlərinin üzərinə ölkə xaricində hazırlanmış xüsusi holoqramlar vurulacaq. Bu holoqram məxsusi "Qarabağ" üçün hazırlandığına görə onun saxtasını hazırlamaq mümkün deyil.
Bütün ictimaiyyətdən xahiş edirik ki, bileti hansısa fərdi şəxslərdən deyil, Respublika stadionunun kassalarından alasınız. Holoqramı olmayan biletlər etibarsız sayılacaq.
Biletlər bazar ertəsi, noyabrın 3-dən saaat 09.00-dan etibarən satışa çıxarılacaq".
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər