“Qarabağ” Topaz Premyer Liqasının üçüncü dövrəsi çərçivəsində həftəsonu AZAL-la keçirəcəyi qarşılaşmanın hazırlığına başlayır. Fanat.az xəbər verir ki, Ağdam təmsilçisində istirahət bitib.
Antalyada 20 günlük təlim-məşq toplanışını başa vuran və artıq vətənə dönən “köhlən atlar” dünəni dincəlməklə keçiriblər. Birgünlük istirahətə artıq yekun vurulub. Baş məşqçi Qurban Qurbanov bu gündən AZAL-la matçın hazırlığı üçün klubun bazasında məşqlərə start verəcək.
Qeyd edək ki, XIX tur çərçivəsində AZAL-la keçiriləcək oyun yanvarın 30-da baş tutacaq.
Qaynar.info