Bu gün Topaz Premyer Liqasında XXI tura yekun vurulacaq. Fanat.az хəbər verir ki, ikinci oyun günündə üç matç baş tutacaq.
Artıq iki oyun başa çatıb. Günə "Bakı" - "Sumqayıt" oyunu ilə start verilib. Autsayderlərin oyunda qol vurulmayıb və matç 0:0 hesabı ilə başa çatıb.
Turun digər oyununda AZAL "Qarabağ"ı qəbul edib. Qış fasiləsindən sonra keçirdiyi iki oyunda "Neftçi" və "Qəbələ"ni yenən AZAL liderə fücüçatmayıb. "Qarabağ" Reynaldo Silvanın 57-ci dəqiqədə vurduğu qolla qələbəni bayram edib. Beləliklə, Ağdam klubu bu mövsüm AZAL-a qarşı keçirdiyi üçüncü oyunda da qələbə qazanıb - 3:0, 2:1, 1:0.
Qeyd edək ki, turun bir oyunu dünən keçirilib və "Simurq" "Qəbələ"ni məğlub edib - 2:0. Bu gün baş tutan digər oyunda "Neftçi" "Xəzər Lənkəran"ı qalib gəlib - 2:0 (bu barədə başqa хəbərdə oхu). "İnter" isə bu turda istirahət edəcək.
Premyer Liqa
2014/15 mövsümü
III dövrə, XXI tur
11 fevral
Bakı - Sumqayıt 0:0
Bakı: 12. Elxan Əhmədov, 4. Ülvi Süleymanov, 5. Georgios Pelagias (15. Azad Kərimov, 68), 6. Vüqar Bəybalayev (99. Kamil Nurəhmədov, 46), 7. Nuran Qurbanov (77. Ramazan Abbasov, 60), 10. Nurlan Novruzov, 19. Eltun Hüseynov, 21. Elşad Manafov, 45. Mahir Mədətov, 56. Qeyrət Əliyev, 85. Jaba (k).
Ehtiyat oyunçular: 1. Elçin Sadıqov, 2. Nicat Əsgərov, 9. Raul Yaqubzadə, 11. Tural Qürbətov.
Baş məşqçi: İbrahim Uzunca.
Sumqayıt: 1. Andrey Popoviç, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev (8. Budaq Nəsirov, 86), 7. Ruslan Poladov (k) (17. Pərdis Fərcad-Azad, 78), 9. Orxan Əliyev, 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov (77. Təvəkkül Məmmədov, 61), 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 6. Mikayıl Rəhimov, 15. Nodar Məmmədov, 45. Murad Ağayev.
Baş məşqçi: Aqil Məmmədov.
Sarı vərəqələr: Qeyrət Əliyev, 57 (qeyri-idman hərəkəti) - Tərzin Cahangirov, 66 (qeyri-idman hərəkəti).Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Vüqar Bayramov, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
"Bakı"nın təlim-məşq bazasının stadionu. 500 tamaşaçı.
AZAL - Qarabağ 0:1
Qol: Reynaldo Silva, 57.
AZAL: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko, 4. Laşa Kasradze, 8. Seymur Əsədov, 15. Oskar Klava, 18. Orxan Lalayev, 20. Freddi Mombonqo, 21. Novruz Məmmədov 23. Aleksandr Şemonayev 25. Valeri Kutsenko, 27. Rəşad Abdullayev (k).
Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 5. Kərim Diniyev, 7. Təmkin Xəlilzadə, 9. Aydın Qasımov, 10. Nicat Qurbanov, 13. Şəhriyar Rəhimov 22. Eltun Yaqublu.
Baş məşqçi: Tərlan Əhmədov.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 18. İlqar Qurbanov, 24. Admir Teli, 77. Cavid Tağıyev, 99. Namiq Ələsgərov.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Yaşar Abbasov.Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Şahin Cəfərov.
"AZAL Arena". Saat 15.00.
| № | Klub | O | Q | H/H | M | T/F | X | |
| 1 | Qarabağ | 18 | 12 | 4 | 2 | 34-18 | 40 | |
| 2 | İnter | 18 | 8 | 9 | 1 | 28-8 | 33 | |
| 3 | Neftçi | 18 | 8 | 6 | 4 | 22-14 | 30 | |
| 4 | Simurq | 19 | 8 | 4 | 7 | 29-22 | 28 | |
| 5 | AZAL | 18 | 6 | 5 | 7 | 21-27 | 23 | |
| 6 | Qəbələ | 19 | 5 | 7 | 7 | 21-27 | 22 | |
| 7 | Xəzər Lənkəran | 19 | 5 | 5 | 9 | 23-26 | 20 | |
| 8 | Sumqayıt | 18 | 4 | 5 | 9 | 19-27 | 17 | |
| 9 | Bakı | 19 | 2 | 5 | 12 | 14-42 | 11 | |
|
Bombardirlər | Nurlan Novruzov (Bakı) -10. Draqan Çeran (Smurq) - 9. Mikel Alvaro (İnter) - 8. Məhəmməd Qurbanov (Sumqayıt), Rəşad Eyyubov (Simurq) - 7. Junior Nildo (İnter), Cavid Hüseynov (Qəbələ) - 6. | |||||||
Fanat.az