"Qarabağ" Avstriyaya çarter reysi ilə yollancaq

"Qarabağ" Avstriyaya çarter reysi ilə yollancaq

"Qarabağ"ın Avstriya "Zalsburq"una qarşı Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşünə dair səfər proqramı müəyyənləşib. Fanat.az xəbər verir ki, Qurban Qurbanovun başçılıq etdiyi komanda Zalsburqa avqustun 4-də saat 16:00-da çarter reysi ilə yollanacaq. 

İlk məşqinə həmin gün çıxacaq Azərbaycan çempionu, ertəsi gün də analoji addımı atacaq.

Qeyd edək ki, "Zalsburq" - "Qarabağ" qarşılaşması avqustun 6-da Bakı vaxtı ilə saat 23:30-da "Zalsburq Arena"da start götürəcək. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər