"Qarabağ" Avstriyada son məşqinə çıxdı

"Qarabağ" Avstriyada son məşqinə çıxdı

"Qarabağ" Avstriyada sonuncu məşqinə çıxıb. Fanat.az xəbər verir ki, Ağdam təmsilçisi ötən gün yerli vaxtla saat 19.30-da (Bakı vaxtı ilə 22.30) Kössen qəsəbə stadionunda 90 dəqiqəlik məşqə çıxıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bu gün sonuncu yoxlama oyununu keçirəcək. Kössen qəsəbə stadionunda Bakı vaxtı ilə saat 21.30-da start götürəcək matçda rəqib Rusiyanın "Lokomotiv" (Moskva) klubu olacaq.

Qeyd edək ki, iyunun 18-dən Avstriya toplanışına start verən "Qarabağ" sabah Vətənə dönəcək. İyulun 15-də isə Azərbaycan Premyer Liqasının qalibi Bakıda Monteneqro "Rudar"ı ilə Çempionlar Liqasının II təsnifat mərhələsində ilk oyununa çıxacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21.30-da başlanacaq. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər