"Qarabağ" Avstriyada çempion oldu - FOTO-VİDEO

"Qarabağ" Avstriyada çempion oldu - FOTO-VİDEO

Azərbaycanlılar tərəfindən yaradılan "Qarabağ" klubu Avstriya II Landesliqasında ilk dəfə çempion olub. Fanat.az xəbər verir ki, Avstriya futbolu tarixində əcnəbilər tərəfindən yaradılaraq çempionluq qazanan ilk klub olan "Qarabağ" böyük uğura imzaatıb.

2015/16 mövsümündə liqanın bitməsinə 2 oyun qalmış "Qarabağ" çempionluğunu elan edib. Bununla da klub 2016/17 mövsümündə Avstriyanın 4-cü Liqasında yerini sığortalayıb. Qeyd edək ki, bu, həmçinin Vyana Federal Torpağının ən yüksək pilləsidi.

 

Bununla yanaşı, "Vyana Tota Cup"da da mübarizəni davam etdirən klub "Ernst-Happel" stadionunda baş tutan final qarşılaşmasından üzüağ çıxıb. "Qersthofer" klubunu məğlub edən "Qarabağ" "Vyana Tota Cup" kubokunu da başı üzərinə qaldırıb. 

  

2014-cü ildə Avstriyanın Vyana şəhərində yaradılan klub ilk mübarizəyə Avstriya 6-cı liqasından başlayıb. Eyni zamanda, Vyana Federal Torpağının III Liqasında ilkin iştirak hüququ qazanan klub 6-cı liqada II yeri tutub, 2014/15 mövsümündə Avstriyanın 5-ci liqasına yüksəlib. Bununla yanaşı, klub "Vyana Tota Cup" kubokunda iştirak edib və 1/4 finala qədər irəliləyib. 

"Qarabağ"ın əsas heyətindən başqa, U-7-dən U-18-ə qədər uşaq və yeniyetmə heyəti mövcuddu. Klubun "Qarabağ Arena" adını daşıyan 4 hektara yaxın təlim-məşq üçün bazası var. Stadionun Avstriyanın qabaqcıl memarları tərəfindən hazırlanmış lahiyəsi artıq şəhər bələdiyyəsinə təqdim olunub. Bundan əlavə, arenamız dünya standartlarına cavab verir.

"Qarabağ"ın Vyananın böyük yerli fanat kütləsi var. Biz hər zaman Azərbaycandakı fanatlarımıza üz tutub klubumuza dəstək olmalarını xahiş edirik. Oyunlarımız internet vasitəsilə canlı yayımlanır. Bununla yanaşı, sosial şəbəkələrdə və veb saytımızda ən son məlumatları əldə edə bilərsiz".

 

Klubun idarə həyətinin sədri Orxan Vəliyev iş adamıdır və təhsilini Avstriyanın Dövlət İqtisadiyyat universitetində alıb. Əlavə edək ki, klubun idarə həyətində 4 nəfər Azərbaycan və 2 nəfər Avstriya vətənadaşı var.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər