Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları keçirilib. Fanat.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" "Zalsburq"un qonağı olub.
Evdə 2:1 hesablı qələbə qazanan təmsilçimiz üstünlünü qoruya bilməyib və məğlub olub - 0:2. Hesabı 18-ci dəqiqədə Martin Hinteregger açıb. O, 34-cü dəqiqədə dublunu rəsmiləşdirib. "Qarabağ" uduzsa da, mübarizəni Avropa Liqasının play-off mərhələsində davam etdirmək imkanı qazanıb.
Qeyd edək ki, "Qarabağ" Zalsburqda meydana iki ciddi itki ilə çıxıb. Belə ki, ilk oyunda qırmızı vərəqə alan Reynaldo və Admir Teli komandaya kömək edə bilməyib. Üstəlik Avstriyadakı matçda İlqar Qurbanovla Maksim Medvedev zədələnərək meydanı vaxtından əvvəl tərk edib.
Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
6 avqust
Zalsburq (Avstriya) - Qarabağ (Azərbaycan) 2:0
Qollar: Martin Hinteregger, 18; 34.
Zaslburq: 31. Peter Qulaşi, 4. Peter Ankersen, 5. Andre Ramalyo, 10. Sadio Mane, 13. Stefan İlsanker (8. Nabi Keyta, 73), 17. Andreas Ulmer, 24. Kristof Leytqeb, 26. Conatan Soriano (k), 27. Alan (7. Marsel Sabitzer, 79), 36. Martin Hinteregger, 44. Kevin Kampl (77. Massimo Bruno, 86).
Ehtiyat oyunçular: 33. Aleksander Valke, 15. Frans Şkiemer, 37. Valentino Lazaro, 42. Nils Quaşçner.
Baş məşqçi: Adolf Hütter.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (3. Tərlan Quliyev, 60), 11. Danilo Dias (70. Çumbinyo, 55), 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 18. İlqar Qurbanov (7. Namiq Yusifov, 20), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 10. Muarem Muarem, 77. Cavid Tağıyev.
Baş məşqçi: Qurban Qurbanov.
Sarı vərəqələr: Maksim Medvedev, 32. Danilo Dias, 36. Tərlan Quliyev, 77. Namiq Yusifov, 88.
Hakimlər: Robert Madden, Qraham Çambers, Alastair Mater, Brian Kolvin (Şotlandiya).
UEFA nümayəndəsi: Roy Katkart (Şimali İrlandiya).
Hakim-inspektor: Peter Froydfeldt (İsveç).
Zalsburq. "Red Bull Arena".
Fanat.az