"Qarabağ" Aqollinin həmyerlilərinə uduzdu

"Qarabağ" Aqollinin həmyerlilərinə uduzdu
Avstriyada təlim-məşq toplanışı davam etdirən "Qarabağ"ımız bu gün növbəti - üçüncü oyununa çıxıb.
Fanat.az xəbər verir ki, Azərbaycan çempionu son Albaniya çempionu "Şkenderbeu" ilə üz-üzə gəlib. Oyun Ansi Aqollinin həmyerlilərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Qeyd edək ki, "Qarabağ" ilk yoxlama oyununda Avstriyanın "Vakker İnsbruk" komandasına 0:1 hesabı ilə məğlub olmuş, ikinci matçda Rusiya "Zenit"inə eyni hesabla qalib gəlmişdi.
Avstriya
Yoxlama oyunu
1 iyul
Qarabağ (Azərbaycan) - Şkenderbeu (Albaniya) 0:1
Qarabağ: 13. İbrahim Şehiç, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 10. Muarem Muarem, 91.Coşqun Diniyev, 20. Riçard Almeyda, 8.Miçel Madera, 9. Reynaldo Silva, 10. Dani Kintana.
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 94. Halit Çıtırlı, 17. Namiq Ələsgərov,11. Mahir Mədətov, 23. Elgün Uluxanov, 33. Eltun Turabov, 34. Salman Cəfərov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 15. Rahid Əmirquliyev, 19. Azər Salahlı, 67. Əl Hərbi Əl Jadeouyi, 77. Cavid Tağıyev.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər