Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün sonuncu yoхlama oyununu keçirib. Fanat.az хəbər verir ki, Qurban Qurbanov yetirmələrini Rumıniya klubu ilə oyunda sınayıb.
Belə ki, "Qarabağ" "Tarqu Mureş"lə qarşılaşıb. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb və Azərbaycan çempionu Antalya toplanışını "sülh"lə yekunlaşdırıb.
Qeyd edək ki, "Tarqu Mureş" klubu 2008-ci ildə yaradılıb. Komandaya Livu Kibotari başçılıq edir. Liqa 1-in debütantı qış fasiləsinə 5-ci pillədə yollanıb.
"Qarabağ" bundan əvvəl Antalyada 5 oyun keçirib. "RNK Split"ə (Xorvatiya) 1:3, "Levski"yə (Bolqarıstan) 0:3 hesabı ilə yenilən ağdamlılar "Sürix" (İsveçrə) 1:1, "Mordoviya" (Rusiya) ilə 0:0 hesablı heç-heçəyə razılaşıb və "Legiya"nı (Polşa) məğlub edib - 2:0.
Antalya
Yoхlama oyunu
31 yanvar
Qarabağ (Azərbaycan) - Tarqu Mureş (Rumıniya) 0:0
Qarabağ: İbrahim Şehiç, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Muarem Muarem, Ansi Aqolli, Qara Qarayev, Riçard Almeyda, Reynaldo Silva, Vüqar Nadirov, Leroy Corc.
Fanat.az