"Qarabağ" Alp dağlarının yamacında

"Qarabağ" Alp dağlarının yamacında

Ötən gün saat 13.00-da Bakı-İstanbul-Münhen reysi ilə ölkəni tərk edən "Qarabağ" artıq Avstriyadadır. Fanat.az xəbər verir ki, Ağdam təmsilçisi yerli vaxtla saat 19.00-da Münhenə çatıb.

Daha sonra isə heyət Bavariya əyalətinin ən böyük şəhərindən avtobusla təlim-məşq toplanışını həyata keçirəcəyi Kössen qəsəbəsinə yollanıb. Təxminən saat yarımlıq yolçuluqdan sonra komanda Alp dağlarının yamacında məskunlaşacağı otelə çatıb. Axşam yeməyindən sonra isə futbolçular istirahətə çəkilib.

Bu gündən isə "Qarabağ" məşqlərə start verəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər