"Qarabağ"ın yoxlama oyunu keçirəcəyi daha bir rəqib müəyyənləşib. Fanat.az xəbər verir ki, Qurban Qurbanov yetirmələrini alman klubu ilə oyunda sınayacaq.
Belə ki, "Qarabağ" Almaniya Regional Liqasında çıxış edən "Vakker Burqhausen" klubu ilə qarşılaşacaq. Oyun iyulun 1-də Avstriyada baş tutacaq.
Bu arada "Qarabağ"ın "Viktoriya" ilə keçirəcəyi oyunun da vaxtı müəyyənləşib. Ağdamlılar çexlərlə iyulun 4-də qarşılaşacaq.
Qeyd edək ki, iyunun 22-də Avstriyada təlim-məşq toplanışına başlayacaq "Qarabağ" bir gün sonra Donetsk "Şaxtyor"u, iyunun 25-də Rusiya "Kuban"ı ilə oynayacaq.
Fanat.az