"Qarabağ" alman klubunu uddu

"Qarabağ" alman klubunu uddu
"Qarabağ"ın Avstriyada təlim-məşq toplanışını davam etdirir. Fanat.az xəbər verir ki, Azərbaycan çempionu bu gün hazırlıq prosesi çərçivəsində üçüncü yoxlama matçına çıxıb.
Qurban Qurbanov yetirmələrini Almaniya klubu ilə oyunda çınayıb. Belə ki, "Qarabağ" Regional Liqada mübarizə aparan "Vakker Burqhauzen"lə qarşılaşıb. Oyun təmsilçimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 3-cü dəqiqədə Vüqar Nadirov hesabı açıb. 53-cü dəqiqədə Cavid Tağıyev fərqlənərək "Qarabağ"dakı qol hesabını açıb. 
Qeyd edək ki, "Qarabağ" bundan əvvəl Avstariyada iki oyun keçirib. Əvvəlcə Donetsk "Şaxtyor"una (Ukrayna)  0:2 hesabı ilə yenilən Ağdum klubu Rusiya "Krasnodar"ına da uduzub - 0:1.
Yoxlama oyunu
1 iyul
Qarabağ (Azərbaycan) - Vakker Burqhauzen (Almaniya) 2:0
Qollar: Vüqar Nadirov, 3. Cavid Tağıyev, 53.
Qarabağ: Fərhad Vəliyev, Hacı Əhmədov, Tərlan Quliyev, Bilal Abbaszadə, Toğrul Bilallı, Muarem Muarem, Qara Qarayev, Vüqar Nadirov, Cavid Tağıyev, Tural İsgəndərov, Tural Rzayev.
2-ci hissədə Leroy Corc, İbrahim Sehiç, Riçard Almeyda, Reynaldo, Danilo Dias, Çumbinyo, Maksim Medvedev və Admir Teli meydana çıxıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər