"Qarabağ" albanlara uduzdu

"Qarabağ" albanlara uduzdu
Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ikinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Qurban Qurbanov yetirmələrini Albaniyanın "Flamurtari" klubu ilə oyunda sınayıb. "Qarabağ" albanlara uduzub -1:2.
"Flamurtari" 1923-cü ildə yaradılıb. Komanda tarixi ərzində yalnız bir dəfə - 1991-ci ildə Albaniya çempionu olub. 3 dəfə ölkə kubokunu, 2 dəfə Superkubokunu qazanan "Qarabağ"ın rəqibinin heyətində yalnız bir legioner yer alıb ki, bu da makedoniyalı Niyaz Lenadı. Ernest Qyokanın başçılıq etdiyi komanda qış fasiləsinə Albaniya Super Liqasının 5-ci pilləsində çıxıb.
Qeyd edək ki, "Qarabağ" bundan əvvəl Antalyada bir oyun keçirib və Rumıniyanın “Dinamo” (Buxarest) klubunu udub - 1:0.
Yoxlama oyunu
22 yanvar
Qarabağ (Azərbaycan) - Flamurtari (Albaniya) 1:2
Qol: Reynaldo, 24.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər